29 mart 2011 16:15

Yunis Hüseynov: Belçikadan qorxmaq lazım deyil

Veteran futbolçu, hazırda işsiz mütəxəssislərimizdən olan Yunis Hüseynov azerisport.az saytına müsahibəsində AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində bu gün keçiriləcək Belçika – Azərbaycan qarşıdurmasından danışıb.
 
- Millimizin bu günkü Belçika ilə səfər oyunu haqda nə düşünürsüz?
- Bizi maraqlı oyun gözləyir. Komandamıza uğurlar arzulayıram. Böyük ümidlər bəsləyirəm. Eyni zamanda da bu matçda komandamıza inandığımı vurğulamaq istərdim. Onların peşəkarlığı sözünü deməlidi.
 
- Ancaq Azərbaycan yığması üçün səfər oyunları həmişə çətin olur...
- Belə olmamalıdı. Komandamız istənilən meydanda oynamağı və öz oyunu sərgiləməyi bacarmalıdı. Biz gözləməməliyik ki, belçikalılar oyuna necə başlayacaq. Mən indi Berti Foqtsa Belçikaya qarşı necə oynamaq lazım olduğunu məsləhət vermək istəməzdim. Onlar sadəcə meydana çıxmalı və öz oyunlarını sərgiləməlidilər. Hər şeyə də hazır olmaq lazımdı.
 
- Siz ümumiyyətlə, bu rəqibə qarşı necə oynamağın faydalı olacağını düşünürsüz?
- İlk növbədə psixoloji cəhətdən hazır olmaq lazımdı. Əhval-ruhiyyənin yüksək səviyyədə olmasından çox şey asılı olacaq. Türkiyə ilə oyundakı kimi. Rəqibi sadəcə çətin vəziyyətə salmaq lazımdı.
 
- Sözlərinizdən belə çıxır ki, müsbət nəticəyə ümid bəsləyə bilərik?
- Komanda meydana ancaq qələbə üçün çıxmalıdı. Belçikanı güclü rəqib kimi qəbul edib, özümüzü qorxutmamalıyıq. Sadəcə onlar bir neçə oyunda qələbə qazanaraq xal yığıblar və turnir cədvəlində bizdən bir qədər öndə qərarlaşıblar. Əgər mətbuatda yazıldığı kimi, onlarda o qədər itki varsa, bundan mütləq yararlanmaq lazımdı. Türkiyə ilə oyuna necə köklənmişdilərsə, bu dəfə də elə olmalıdı.
 
- Bir sözlə, rəqibdən çəkinməməyi məsləhət görürsüz...
- Belçikanın son oyunu da göstərdi ki, onlar həm qol vura, həm də müdafiə oluna bilirlər. Bax buna görə də biz qətiyyən ancaq müdafiə olunmaq haqda düşünməməliyik. Oyunçularımız da düşünməsin ki, Türkiyə üzərində qələbə ilə hər şey həll olunub.
 
- Belçikanın Avstriya üzərindəki qələbəsinin komandamızın şanslarına nə kimi təsir etdiyini düşünürsüz?
- Matça kimi onların 3 gün hazırlıq imkanı oldu. Yəqin ki, artıq bərpa olunublar. Rəqib topla oynamağı yaxşı bacarır. Futbolçularımız da bu məqama xüsusi diqqət ayırmalıdı. Onların oyun qurmasına imkan verilməməlidi. Minimum heç-heçə üçün oynamalıyıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.