29 mart 2011 17:37

“Belçikanın Avstriyaya sürprizini indi də biz onlar üçün etməliyik”

Azərbaycan yığmasının sabiq baş məşqçisi İqor Ponomaryov azerisport.az saytına müsahibəsində komandamızın AÇ-2012-nin seçmə mərhələsi çərçivəsindəki Belçika ilə oyunu öncəsi şanslarını dəyərləndirib.
 
- Belçika ilə oyun öncəsi komandamızın şanslarını necə qiymətləndirirsiz?
- Yığmadan danışmaq çətindi. Bizim şanslarımız var, özü də heç də psi deyil. Fikrimcə, futbolçularımız rəqibdən qətiyyən çəkinməməlidi. Bu, bir səfər oyunudu və biz öz oyunumuzu sərgiləməyə çalışmalıyıq. Çox şey futbolçularımızın taktiki hazırlıqlarından asılı olacaq. Hesab edirəm ki, komandamız layiqli oyun sərgiləyə biləcək. Yığmaya inanmaq lazımdı.
 
- Sizcə, Belçikaya qarşı necə oynamaq lazımdı?
- Belçika bizim xal ala biləcəyimiz rəqiblərdəndi. Sadəcə yaxşı oyun göstərmək lazımdı. Daha doğrusu rəqibin diqtəsiylə hərəkət etməməli, öz oyunumuzu sərgiləməyə çalışmalıyıq. Mətbuatdan bildiyimə görə, belçikalıların heyətində çoxlu itki var. Elə isə, niyə biz bu şansdan yararlanmayaq?
 
- İtkilərə rəğmən onlar bir neçə gün öncə Avstriyaya qalib fəldilər. Amma hər halda yorğunluq da var...
- Əlbəttə. Yenə təkrar etmək istərdim ki, rəqib düşərgədəki zədələr onların planlarını pozmaya bilməz. Buna görə də düzgün taktika seçməliyik. Çox şey baş məşqçi Berti Foqtsdan asılı olacaq. Çünki taktikanı o seçəcək. Digər tərəfdən oyunçulardan da çox şey asılı olacaq. Hər şey taktikadan və onun ifaçılarından asılıdı.
 
- Amma siz də bilirsiz ki, yığmamız səfər oyunlarında heç də yaxşı çıxış etmir...
- Əgər yaxşı köklənə bilsələr, heç bir problem olmayacaq. Futbolçular 10 gündü təlim-məşq toplanışı keçirlərsə, bu, öz sözünü deməlidi. Komanda qətiyyən arxayınlaşmamalıdı. Baxmayaraq ki, Belçika ilə oynayırıq, hər kəs komandadan layiqli oyun gözləyir. Onlar ümidlərimizi doğrultmalıdılar.
 
- Belçikadan Avstriyada sərgilədikləri oyunu gözləyirdiz?
- Gizlətmirəm ki, bunu gözləmirdim. Avstriya həmin görüşün favoriti idi. Onlar doğma meydanda 0:2 hesabıyla uduzdular. Bu da rəqibimizin gücünü göstərir. Onlar heyətlərindəki itkilərə rəğmən layiqli oyun sərgilədilər. Belçika Avstriyanı səfərdə yenib sürpriz etdi, indi də biz onlar üçün bunu gerçəkləşdirməliyik.
 
- Onlar isə yığmamızı problemsiz keçəcəklərini iddia edirlər...
- Bu, bizim xeyrimizədi. Qoy onlar elə düşünsünlər. Oxumuşam ki, guya onlar hətta ikinci heyətlə də keçəcəklərini bildirirlər. Onlar indi belə fikirləşir. Sabah isə elə düşünməyə bilərlər. Türkiyə də bizi düzgün qiymətləndirmirdi. İndi də Belçika onların yoluyla gedir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.