29 mart 2011 18:47
Xəzər Lənkəran yeddi cavabsız qolla qələbə qazandı
Bu gün keçirilmiş “Xəzər Lənkəran”ın əsas komandası əvəzedici heyətlə yoldaşlıq görüşü keçirilib. Azerisport.az xəbər verir ki, qarşılaşma 7:0 hesabı ilə əsas komandanın xeyrinə başa çatıb.
Yoxlama xarakteri daşıyan bu oyunda baş məşqçi demək olar ki, sərəncamında olan bütün oyunçulara meydana çıxmaq imkanı yaradıb. Bol qollu görüşdə adını tabloya ilk yazdıran Xristu Kyaku oldu. Ardınca Alim Qurbanov fərqlənib, ilk hissənin son qolunu isə yenə Kyaku vurub.
İkinci hissədə isə daha dörd oyunçu qolla yadda qalıb. Adrian Pit, Uinston Parks, Tural Cəlilov və Katalin Doman hərəyə bir qol vuraraq böyük hesablı qələbəni təmin ediblər.
