30 mart 2011 01:41
Millimiz Brüsseldən yenə darmadağınla dönür (YENİLƏNİB)
Bu gün Azərbaycan yığması AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində növbəti sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, Berti Foqtsun yetirmələri bu seçmə tsikldəki 4-cü matçını səfərdə Belçikaya qarşı keçirib.
Komandamızın bir neçə gün öncə səfərdə Avstriya üzərində qələbə qazanaraq, qrup ikincisinə çevrilən rəqibi ilə dueldə şansları yüksək qiymətləndirilməsə də, hər halda sürpriz gözləyənlər də var idi. Lakin millimiz bunu bacarmayıb və görüşdən 1:4 hesablı darmadağınla ayrılıb.
AÇ-2012-nin seçmə oyunu
A qrupu
29 mart
BELÇİKA – AZƏRBAYCAN - 4:1 (3:1)
Qollar: Vertongen, 12 (1:0), R.Abışov, 16 (1:1), Simons, 31 (2:1), Çadli, 45+1 (3:1), Vossen, 74 (4:1)
Brüssel. “Rua Boduen” stadionu.
Hakimlər: Daniel Stalhammer, Peter Martinsson, Yoakim Flink, Martin Hansson (hamısı İsveç).
Hakim-inspektor: Ceyms Makkluskey (Şotlandiya).
UEFA nümayəndəsi: Barri Brayt (İngiltərə).
UEFA nümayəndəsi: Barri Brayt (İngiltərə).
BELÇİKA:1. Simon Minolye, 2. Loran Siman, 3. Daniel Van Buyten (k), 4. Nikolas Lomberts, 6. Timmi Simons, 5. Yan Vertongen, 10. Aksel Vitsel, 7. Naser Çadli, 11. Mussa Dembele, 8. Stiven Defur, 9. Yelle Vossen.
Ehtiyat oyunçular: 12. Jan-Fransua Jilye, 13. Tom de Sutter, 14. Yelle van Damm, 15. Vadis Ocica, 16. Eden Hazard, 17. Dris Mertens, 18. Antoni Vanden Borre.
Baş məşqçi: Jorj Leekens.
AZƏRBAYCAN: 1. Kamran Ağayev, 14. Rəşad Sadıqov (k), 2. Rail Məlikov, 21. Vladimir Levin, 8. Aleksandr Çertoqanov, 15. Ruslan Abışov, 19. Rahid Əmirquliyev, 7. Vaqif Cavadov, 4. Mahir Şükürov, 10. Elvin Məmmədov, 11. Rauf Əliyev.
Ehtiyat oyunçular: 12. Fərhad Vəliyev, 3. Saşa Yunisoğlu, 13. Vurğun Hüseynov, 16. Cavid Hüseynov, 17. Vüqar Nadirov, 18. Cəmşid Məhərrəmov, 22. Araz Abdullayev.
Baş məşqçi: Berti Foqts.
Oyun ərəfəsində Berti Foqtsun start heyətində Saşa Yunisoğlunu oynadacağı gözlənilsə də, son anda o, Aleksandr Çertoqanova şans verib. Elə rəqib komandanın da öncədən gözlənilən heyəti ilə müqayisədə bir neçə dəyişiklik gözə çarpır. Bunlara misal olaraq Stifen Defur, Yelle Vossen kimi futbolçuların ilk dəqiqələrdən mübarizə aparmaq şansı qazanmasını qeyd etmək olar.
Oyun başladı. Millimizə bu görüşdə uğurlar arzulayırıq!
İlk dəqiqələrdən irəli atılan meydan sahiblərinin hücumunun qarşısını kapitan Sadıqov alır
2. Lombert Vaqifə qarşı qaydanı pozur
Belçikalıların hücum qurmaq cəhdləri alınmır
6. Mahirin kobud səhvindən sonra az qala Çadli hesabı açacaqdı. Lakin qapı tiri komandamızın köməyinə çatır
9. Defurun qapıya zərbə endirməsinə son anda imkan verilmədi
11. Çertoqanov təhlükəli nöqtədə Defura qarşı kobudluq edir. Cərimə zərbəsi
12. Vertongenin yerinə yetirdiyi zərbə Kamran üçün qarşısıalınmaz olur - 1:0
15. Meydan sahibləinin daha bir hücumu zamanı Vossenin zərbəsi dəqiq olmur
16. Komandamız Elvinə qarşı qayda pozuntusundan sonra cərimə zərbəsi vurur. Künc zərbəsi
16. QOOOOOOOOOOOOOOOOOL. Mahirin künc nöqtəsindən göndərdiyi topu Ruslan başla tora qovuşdurdu - 1:1
Meydan sahibləri təhlükəli hücumlarını davam etdirirlər. Lakin Kamran və müdafiəçilərimiz hələ ki, etibarlı oynayır
Komandamız tam olaraq müdafiəyə çəkilərək, ancaq əks-hücumlar üçün şans gözləyir
29. Rail Məlikov kobud oyuna görə sarı vərəqə alır
30. Cərimə zərbəsi zamanı Rail əllə oynayır və adi bir vəziyyətdə qapımıza penalti təyin olunur
31. Simons penaltini dəqiq yerinə yetirir - 2:1
36. İlk qolun vurulduğu nöqtədə bu dəfə Elvin Dembeleyə qarşı kobud oynayır və növbəti cərimə zərbəsi.
37. Çadlinin zərbəsini bu dəfə Kamran kornerə çıxarır
38. Komandamız inanılmaz qol epizodunda əla oynadı. Öncə Kamran Çadlinin baş zərbəsini geri qaytarır, ardından Vossenin təkrar zərbəsi isə Rahidə dəyərək qapıya daxil olmur
39. Rahid daha bir epizodda komandamızı real qoldan xilas etdi
41. Defurun uzaqdan zərbəsi yan keçir
42. Komandamız Vaqiflə gözəl hücum təşkil etsə də, məntiqi sonluğu gətirə bilmir
44. Vossenin uzaqdan zərbəsini Kamran tutur
İlk hissəyə 1 dəqiqə əlavə vaxt təyin olunur
45+1. Çadli Vitselin cinah asmasını başla tora qovuşdurur - 3:1
Birinci hissə başa çatır
İkinci hissə başlayır
49. Dembelenin təhlükəli zərbəsi qapıdan azca aralı keçir
53. Vossenin komandamızı daha bir dəfə mərkəzə dəvət etmək şansı olsa da, son anda hər şey bizim üçün yaxşı qurtarır
Komandamız yenə bütün diqqəti müdafiəyə yönəldib, rəqib isə təzyiqi azaltmaq istəmir
59. Rəqib müdafiəçi ilə qapıçı arasında anlaşılmazlıq kornerlə nəticələnir
60. Komandamız iki ardıcıl künc zərbəsini qola çevirə bilmir
64. Oyunda ilk dəyişiklik meydan sahiblərindən gəlir. Dembeleni Eden Hazard əvəzləyir
65. Millimiz gözəl hücum təşkil etsə də, yenə sonunu gətirə bilmirlər
67. Mahir rəqibin çox təhlükəli hücumu zamanı zədələnmək bahasına başa gəlsə də, qola imkan vermir
Futbolçularımız artıq bir qədər üstünlüyə yiyələnib və hücumlar da təşkil etməyə çalışır
74. Künc zərbəsi zamanı Vossen komandamızın qapısından 4-cü qolu keçirir - 4:1
76. Komandamızda ilk dəyişiklik: Vaqifi Vüqar Nadirov əvəzləyir
78. Elvinin əvəzində isə meydana Cavid Hüseynov çıxır
79. Kamran komandamızı real qoldan xilas edir
80. Van Buytenin əvəzində meydana Van Damm çıxır
86. Raufa qarşı kobud oyuna görə cərimə zərbəsi təyin olunur
87. Ruslanın yerinə yetirdiyi cərimə zərbəsi zamanı top qapının yanından keçir
90. Defuru Ocica əvəzləyir
Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
90+1. Raufa qarşı daha bir qayda pozuntusu və cərimə zərbəsi
90+2. Vüqarın yerinə yetirdiyi cərimə zərbəsi rəqib qapıçıda qalır
Matç başa çatır
| 1 | Almaniya | 5 | 5 | 0 | 0 | 17 | - | 1 | 15 |
| 2 | Belçika | 6 | 3 | 1 | 2 | 14 | - | 9 | 10 |
| 3 | Türkiyə | 5 | 3 | 0 | 2 | 8 | - | 6 | 9 |
| 4 | Avstriya | 5 | 2 | 1 | 2 | 9 | - | 8 | 7 |
| 5 | Azərbaycan | 4 | 1 | 0 | 3 | 3 | - | 13 | 3 |
| 6 | Qazaxıstan | 5 | 0 | 0 | 5 | 0 | - | 14 | 0 |
