30 mart 2011 01:44

Hollandiyada qol şousu, gürcüləri də yenən tapıldı (YENİLƏNİB)

Bu gün AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib. Azerisport.az xəbər verir ki, millimizin yer aldığı A qrupundakı 2 görüş ilə yanaşı, digər müxtəlif qruplarda da 8 qarşılaşma baş tutub.
 
C qrupunda Estoniya doğma meydanda əsas rəqiblərindən olan Serbiyanı məğlub yola salmağa çalışsa da, buna nail ola bilməyib. Onların gücü sadəcə yenilgidən yaxa qurtarmağa çatıb. Bu seçmə mərhələdə heç cür öz oyununu sərgiləyə bilməyən Şimali İrlandiya isə iddialılardan Sloveniyaya qalib gələ bilməyib.
 
D qrupunda cəmi 1 oyun keçirilib ki, Rumıniya doğma meydanda autsayder Lüksemburq üzərində ilk qələbəsini rəsmiləşdirib. Ölüm qrupuna çevrilən F qrupunda isə cari seçmə tsiklin sürpriz komandası – qonşu Gürcüstan yığması səfərdə İsrailin qonağı olub. Bu görüşə kimi məğlubiyyət tanımayan qonşularımız məhz bu qarşılaşmada minimal hesablı yenilgiylə üzləşiblər.
 
E qrupunda yüzfaizli nəticə göstərən Hollandiya dogma meydanda əsas izləyicisi Macarıstanı qəbul edib. Əsl qol şousunun yaşandığı qarşılaşmada macarlar rəqibinə çətin anlar yaşatsa da, sonda meydandan məğlub ayrılıb. Moldova isə İsveçin qonağı olub və meydanı məğlub tərk edib.
 
I qrupunda liderlərdən olan İspaniya səfərdə Litva ilə qarşılaşıb və növbəti qələbəsini rəsmiləşdirib. Çexiya isə doğma meydanda Lixtenşteyn üzərində qələbəyə sevinib.
 
AÇ-2012-nin seçmə mərhələsi
29 mart
 
C qrupu
 
ESTONİYA - SERBİYA - 1:1 (0:1)
Qol: Vasilyev, 84 - Panteliç, 39.
 
ŞİMALİ İRLANDİYA – SLOVENİYA - 0:0 (0:0)
 
1 İtaliya 5 4 1 0 11 - 1 13
2 Sloveniya 6 2 2 2 7 - 4 8
3 Serbiya 6 2 2 2 8 - 9 8
4 Estoniya 5 2 1 2 7 - 6 7
5 Şimali İrlandiya 5 1 3 1 3 - 3 6
6 Farer adaları 5 0 1 4 3 - 16 1
 
D qrupu
 
RUMINİYA – LÜKSEMBURQ - 3:1 (1:1)
Qollar: Mutu, 24; 68, Ziku, 78 - Gerson, 22.
 
1 Fransa 5 4 0 1 8 - 1 12
2 Belarus 5 2 2 1 3 - 1 8
3 Albaniya 5 2 2 1 4 - 4 8
4 Bosniya-Herseqovina 4 2 1 1 6 - 4 7
5 Rumıniya 5 1 2 2 5 - 6 5
6 Lüksemburq 6 0 1 5 1 - 11 1
 
E qrupu
 
İSVEÇ – MOLDOVA - 2:1 (1:0)
Qol: Lustik, 30, Larrson, 81 - Frunse, 90.
Matçın 43-cü dəqiqəsində İsveçin heyətində İbrahimoviç penaltidən fərqlənə bilməyib.
 
HOLLANDİYA – MACARISTAN - 5:3 (1:0)
Qol: Van Persi, 13, Sneyder, 61, Van Nistelroy, 73, Kuyt, 78; 81 - Rudolf, 46, Gera, 50; 76.
 
1 Hollandiya 6 6 0 0 21 - 5 18
2 İsveç 4 3 0 1 11 - 5 9
3 Macarısta 6 3 0 3 15 - 13 9
4 Moldova 5 2 0 3 6 - 5 6
5 Finlandiya 4 1 0 3 10 - 6 3
6 San Marino 5 0 0 5 0 - 29 0
 
F qrupu
 
İSRAİL – GÜRCÜSTAN - 1:0 (0:0)
Qol: Ben Haim, 59.
 
1 Yunanıstan 5 3 2 0 5 - 2 11
2 Xorvatiya 5 3 1 1 8 - 2 10
3 İsrail 6 3 1 2 8 - 6 10
4 Gürcüstan 6 2 3 1 4 - 3 9
5 Latviya 5 1 1 3 4 - 7 4
6 Malta 5 0 0 5 1 - 10 0
 
I qrupu
 
ÇEXİYA – LİXTENŞTEYN - 2:0 (1:0)
Qol: Baroş, 3, Kadleç, 71.
 
LİTVA – İSPANİYA - 1:3 (0:1)
Qol: Stankeviçyus, 57 - Xavi, 19, Kİjanskas, 71-öz qapısına, Mata, 84.
 
1 İspaniya 5 5 0 0 15 - 5 15
2 Çexiya 5 3 0 2 6 - 3 9
3 Şotlandiy 4 1 1 2 4 - 5 4
4 Litva 4 1 1 2 3 - 6 4
5 Lixtenşteyn 4 0 0 4 1 - 10 0

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.