29 mart 2011 11:44
Xəzər Lənkəran da bu gün sınaq matçına çıxacaq
Bu gün “Xəzər Lənkəran”ın əsas komandası ilə əvəzedici heyəti arasında yoxlama oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edərək komanda əvəzedici heyətlə oyunda qüvvəsini sınayacaq.
Şənbə günü “Bakı”ya qarşı keçiriləcək oyuna hazırlıqları davam etdirən “Xəzər Lənkəran”ın heyətinin böyük hissəsi artıq bir yerə toplanıb. Albaniya millisinin oyununa cəlb edilmiş Elvin Beqiri artıq komanda ilə birlikdədi. Afrika Millətlər Kubokunun oyununa yollanmış Julius Vobayın bu gün heyətə qoşulacağı gözlənilir. Azərbaycan yığmasının heyətində olan Kamran Ağayev və Rahid Əmirquliyev bu axşam Belçikada keçiriləcək oyunda iştirak edəcək.
“Xəzər Lənkəran”ın əsas və əvəzedici heyətlərinin görüşü bu gün saat 16.00-da Lənkəran şəhər Mərkəzi stadionunda keçiriləcək.
