29 mart 2011 11:52
Mahir Şükürovsuz Anji yenə uduzdu
Türkiyədə təlim-məşq toplanışında olan Rusiyanın “Anji” klubu Türkiyədəki hazırlıq prosesi çərçivəsində daha bir yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, Mahaçqala klubunun rəqibi qardaş ölkə Superliqasənın autsayderlərindən olan “Konyaspor” olub.
Qarşılaşma “Anji”nin 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Matçdakı yeganə qolu 40-cı dəqiqədə Martsin Robak vurub.
Qeyd edək ki, “Konyaspor” Superliqada 26 turdan sonra 17 xalla 18 komanda arasında 17-ci yerdə gedir. Elə Mahir Şükürovun çıxış etdiyi, Vaqif Sadıqovla Emin Ağayevin məşqçi kimi çalışdığı Mahaçqala təmsilçisi də cari mövsümə yaxşı başlamayıb.
