29 mart 2011 00:04
“Azərbaycan futbolunun da inkişafda olduğunu unutmamalıyıq”
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində millimizin rəqiblərindən olan Türkiyə yığmasının Bakıdakı yenilgisi unudulmur ki, unudulmur. Azerisport.az xəbər verir ki, qardaş ölkədə az qala hər kəs millidən danışarkən, həmin yenilgini xatırlayırlar.
Bu dəfə Türkiyə Futbol Federasiyası prezidentinin köməkçisi Lütfi Arıboğan Azərbaycana minimal hesablı yenilgini xatırlayıb. O, Avstriya ilə oyun öncəsi jurnalistlərin suallarını cavablayarkən, bunları dilə gətirib:
“Baş məşqçimizlə bağlı çoxlu şayiələr dolaşmaqdadı. Bizim Hiddinkdən ayrılmaq kimi bir düşüncəmiz yoxdu. Onunla uzunmüddətli planlarımız var. AÇ-2012-yə yollanmaq baxımından da qayğımız yoxdu. Bu yöndə böyük inamımız var. Azərbaycan məğlubiyyət də çox danışılır. Mən həmin oyunla sadəcə bunu söyləyə bilərəm: Azərbaycan futbolunun da böyük bir inkişaf dönəmi içində olmasını unutmamalıyıq”.
