29 mart 2011 12:12
Naser Çadli: Azərbaycan yığması bizim üçün ciddi problem ola bilməz
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində bu gün milli komandamızı qəbul edəcək Belçika yığmasının üzvü Naser Çadli Azərbaycanın onlar üçün ciddi problem yaradacağını düşünmür. Azerisport.az xəbər verir ki, o, matç ərəfəsində bunları dilə gətirib:
“Əgər biz Azərbaycana erkən qol vura bilsək, onda hər şey bizim üçün yaxşı qurtaracaq. Biz üstün və fəal oyun sərgiləməyə borcluyuq. Rəqib bizim üçün ciddi problem ola bilməz. Biz əsas Türkiyə üzərində qələbə qazanmaq haqda düşünməliyik”.
