29 mart 2011 00:22
FIFA prezidenti Braziliyaya xəbərdarlıq etdi
FİFA prezidenti Zepp Blatter 2014-cü ildə keçiriləcək dünya çempionatının hazırlıqlarına başlayan Braziliyaya bu işləri daha da sürətləndirməsi barədə xəbərdarlıq edib. Azerisport.az xəbər verir ki, Blatter Cenevrədə verdiyi açıqlamada növbəti DÇ-nin təşkilatçılarına bu mesajı göndərib:
“Braziliyalıların DÇ sabah başlayacaq kimi düşünmələri lazımdı. Onlar isə sabahdan sonra təşkil olunacağını düşünürlər. İşlər sürətli aparılmır”.
Braziliyanın 2013-cü ildə Konfederasiya Kubokuna da ev sahibliyi edəcəyini xatırladan Blatter deyib: “Braziliya belə davam edərsə, Konfederasiya Kubokunda Rio Da Janeyro ya da Sao Pauloda matç keçirilməyəcək”.
