29 mart 2011 12:25
Nikolas Lomberts: Sağ olsun Türkiyə ki, Azərbaycana uduzub
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində bu gün milli komandamızı qəbul edəcək Belçika yığmasının üzvü Nikolas Lomberts Azərbaycanla oyun öncəsi fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o, matç ərəfəsində bunları dilə gətirib:
“Mən bilirəm ki, bizim rəqibimiz Türkiyəni məğlub edib. Məncə bu, daha çox türklərin arxayınlaşması səbəbindən gerçəkləşib. Onlar güman ki, rəqibi ciddiyə almayıblar. Sağ olsunlar ki, Azərbaycana uduzublar. İndi biz dəqiq bilirik ki, bu rəqiblə oyunda qətiyyən arxayınlaşmaq olmaz”.
