29 mart 2011 00:30
Leekens: Azərbaycan yığmasından yox, eyforiyadan qorxuram
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində sabah doğma meydanda yığmamızla qarşılaşacaq Belçika yığmasının baş məşqçisi Jorj Leekens bildirib ki, Azərbaycanla oyunda rəqibdən çəkinmir. Azerisport.az xəbər verir ki, o, bu qarşılaşma öncəsi bunları dilə gətirib:
“Bizə Azərbaycan yığmasından ehtiyatlanmaq lazım deyil. Bu, elə də güclü rəqib deyil. Avstriya üzərindəki qələbədən sonra yarana biləcək eyforiya – bizə bax bundan qorxmaq lazımdı. Belə olan halda azarkeşlərimizə heç də xoş olmayan sürpriz etmiş olarıq”.
