29 mart 2011 00:42
Belçika – Azərbaycan görüşü üçün 35 000 azarkeş
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində sabah baş tutacaq Belçika – Azərbaycan görüşünü 35 000 azarkeş izləyəcək. Azerisport.az xəbər verir ki, artıq oyunun keçiriləcəyi Brüsselin “Rua Boduen” stadionuna 30 mindən çox bilet satışı həyata keçirilib.
Matçın startına kimi bu göstəricinin bir qədər də artması gözlənilir. Maraq üçün qeyd edək ki, bu qədər azarkeş arasında millimizi dəstəkləyənlərin sayının 200-300 nəfər aralığında olacağı gözlənilir ki, bu da daha çox Avropada yaşayan həmyerlilərimiz olacaq.
