30 mart 2011 13:03
Yığmamızın təlim-məşq toplanışı keçiriləcək
Aprelin 4-dən 11-ə qədər Bakı şəhərində 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək. Azerisport.az xəbər verir ki, komanda Mərdəkandakı “Dalğa” İstirahət Kompleksinin ərazisində AFFA tərəfindən inşa olunmuş stadionda məşq edəcək.
