30 mart 2011 13:29
Stiven Defur: Yeganə çatışmazlığımız Azərbaycandan qol buraxmağımız oldu
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində dünən doğma divarlar arasında yığmamıza 4:1 hesabıyla qalib gələn Belçika yığmasının yarımmüdafiəçisi Stiven Defur oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında bunları vurğulayıb:
“Qələbə qazandığımıza görə sevincliyəm. Azərbaycanla oyunda yeganə çatışmazlığımız qapımızdan qol buraxmağımız oldu”.
