30 mart 2011 14:21
Kruqlov Serbiyaya qarşı 90 dəqiqə oynadı
Son Azərbaycan çempionu “İnter”in yarımmüdafiəçisi Dmitri Kruqlov AÇ-2012-nin seçmə mərhələsində heç-heçəyə nail olub. Azerisport.az xəbər verir ki, onun çıxış etdiyi Estoniya yığması doğma divarlar arasında Serbiya ilə bərabərə qalıb – 1:1.
Matça daha fəal başlayan qonaqlar erkən qola imza atsa da, ikinci hissədə özündə güc tapan meydan sahibləri serblərin qapısına yol tapmağı bacarıblar. Nəticədə qarşılaşma elə bu hesabla da (1:1) başa çatıb.
“İnter”in futbolçusu qarşılaşmaya start heyətində başlayıb. O, görüşü əvəzedilmədən keçirib və 90 dəqiqə meydanda olub.
