30 mart 2011 14:38
Nikolay Pisarev: Düşünmürəm ki, azərbaycanlılar zəifdilər
Rusiyanın gənclərdən ibarət yığmasının baş məşqçisi Nikolay Pisarev İspaniyada təşkil olunan Marbella Cup-2011çərçivəsində Azərbaycan üzərində qazanılan 8:0 hesablı qələbə ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, ölkəsindən olan jurnalistlərə açıqlamasında sözügedən qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Düşünmürəm ki, azərbaycanlılar zəifdilər. Onların Qvineya üzərində qazandığı qələbənin (1:0) şahidi oldum. Demək olmaz ki, onlar futbol oynamağı bacarmırlar. Sadəcə, əhsən bizim uşaqlara ki, iki oyunda belə nəticə qazana bildilər. Hansı ki, ona tam layiq idilər”.
