30 mart 2011 02:49
Jorj Leekens: Bu, Azərbaycan yığmasında alınmadı
AÇ-2012-nin seçmə mərhələsinin Belçika – Azərbaycan matçından sonra meydan sahiblərinin baş məşqşisi Jorj Leekens də oyunla bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandasının 4:1 hesablı qələbəsini belə şərh edib:
“Həm nəticədən, həm də sərgilədiyimiz oyundan razıyam. Uşaqlar hələ gəncdilər. Amma mən hətta bütün itkilərimizə, problemlərimizə rəğmən iki oyunda 6 xal topladığımıza görə çox sevinirəm. Çünki bizim üçün bu xalların çox böyük əhəmiyyəti vardı. Bu gün Azərbaycan yığması bizimlə başa-baş mübarizə aparmağa çalışsa da, bu, onlarda alınmadı. Penalti epizoduna gəlincə, heç bir şərh verməyəcəm. Onu hakim təyin edib”.
