30 mart 2011 14:47
Bakı`ın futbolçusu İsveçdən məğlubiyyətlə qayıtdı
“Bakı”nın yarımmüdafiəçisi Vadim Borets AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində növbəti məğlubiyyət acısı yaşayıb. Azerisport.az xəbər verir ki, təcrübəli futbolçunun şərəfini qoruduğu Moldova yığması səfərdə İsveçin qonağı olub.
Qarşılaşmada hesabı meydan sahibləri açıb. Fasiləyə qədər isveçlilər daha bir qol vurmağa yaxın olsa da, Zlatan İbrahimoviç penaltidən yararlana bilməyib. İkinci hissədə meydan sahibləri daha bir qol vursa da, matçın 90-cı dəqiqəsində Boretsin komanda yoldaşı Frunze təsəlli qoluna imza atmağı bacarıb. Beləliklə, qarşılaşma moldovalıların 1:2 hesablı yenilgisi ilə bitib.
Boretsə gəlincə, moldovalıların baş məşqçisi “azərbaycanlı” futbolçunu ilk dəqiqələrdən meydana buraxıb. Borets matçı əvəzedilmədən keçirib və 90 dəqiqə meydanda olub.
