30 mart 2011 02:53
UEFA rəsmisindən AFFA-nın fəaliyyətinə qiymət
UEFA-nın Hakimlər Konvensiyasının Azərbaycan üzrə məsul nümayəndəsi Donald Makvikar növbəti dəfə ölkəmizə səfər edib. Azerisport.az xəbər verir ki, səfər proqramı çərçivəsində D.Makvikar AFFA-nın inzibati binasında Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov, Hakim-İnspektorlar Komitəsinin sədri Gülağa Cabarov və təlimatçılarla görüş keçirib.
Tədbirdə UEFA-nın Hakimlər Konvensiyasının tələbləri barədə məlumat verilib, ölkəmizdə bu Konvensiyaya qoşulmaq məqsədilə görülən müvafiq işlər, xüsusilə regionlarda hakimliyin inkişafı üçün həyata keçirilən tədbirlər qeyd olunub. 2010-cu ildə Cənubi Afrika Respublikasında keçirilmiş dünya çempionatında hakimliklə bağlı maraqlı məqamları əks etdirən videoçarx nümayiş etdirilib. Donald Makvikar görülən işlərdən razı qaldığını bildirib.
