30 mart 2011 14:54
AZAL – İnter matçı Şüvəlanda yox, Şəfada keçiriləcək
Premyer Liqanın 25-ci turunun AZAL - "İnter" oyunu öncədən planlaşdırıldığı kimi Şüvəlan qəsəbəsində yerləşən AZAL stadionunda yox, "Şəfa" stadionunda baş tutacaq. Azerisport.az xəbər verir ki, bu haqda Peşəkar Futbol Liqası rəsmi məlumat yayıb.
Lakin maraqlıdı ki, bir gün öncə yayılan xəbərdə qarşılaşmanın məhz AZAL-ın yeni arenasında baş tutacağı bildirilmişdi. Ən diqqətçəkən məqam isə bir gün fərqi ilə iki belə fərqli qərarın qəbul edilməsinin konkret səbəblərinin açıqlanmamasıdı.
Premyer Liqa
25-ci tur
3 aprel (bazar)
AZAL - İnter
Bakı. "Şəfa" stadionu. Saat 16:00
