30 mart 2011 15:02
PFL liderlərin oyunun başlama saatını dəyişdi
Futbol üzrə Azərbaycan birinci divizionunun 20-ci turunun bir oyununun başlama saatı dəyişdirilib. Azerisport.az xəbər verir ki, Peşəkar Futbol Liqası liderlərin - "Abşeron" və "Neftçi" İSM-in oyununun başlama saatında dəyişiklik edib.
Bu qarşılaşma saat 12:00-da start götürəcək. Maraq üçün xatırladaq ki, PFL öncədən turun bütün qarşılaşmalarının saat 15:00-da başlayacağını açıqlamışdı. Bu dəyişikliyin səbəbi isə açıqlanmır.
Birinci divizion
20-ci tur
3 aprel (bazar)
Abşeron - Neftçi İSM
Bakı. "Şəfa" stadionu. Saat 12:00
