30 mart 2011 03:10
Kamran Ağayev üzr istəyib, revanş sözü verdi
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində səfərdə Belçikaya uduzan millimizin qapıçısı Kamran Ağayev qarşılaşmadan sonra fikirlərini açıqlayıb. “Xəzər Lənkəran”ın qolkiperi azerisport.az saytına müsahibəsində bunları dilə gətirib:
“Biz Bakıda belçikalılardan revanşımızı alacağıq. Hələlik isə, azarkeşlərimizdən üzr istəmək istəyirəm. Biz bacardığımızı etdik. Əgər bizdən güclülər varsa, qoy yığmaya çağırılsın. Biz Brüsseldə qələbə qazanmaq istəsək də, rəqib daha güclü idi”.
