30 mart 2011 15:11
Şahin Diniyev: Yığmanı tənqid etmək mənasızdı
Azərbaycan yığma komandasının sabiq baş məşqçisi Şahin Diniyev millimizin AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində dünən keçirdiyi Belçika ilə oyununa münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, komandamızın 1:4 hesablı yenilgisi ilə bağlı bunları dilə gətirib:
“İndiki məqamda yığmanı tənqid etməyin mənası yoxdu. Mən hələ oyuna qədər demişdim ki, bizə çətin olacaq. Oyundan sonra nəyisə şərh etmək ümumiyyətlə lazım deyil. Mən xüsusilə Brüsselə gələn azarkeşlərimizə görə səmimi qəlbdən təəssüfümü bildirirəm”.
