30 mart 2011 15:39

“Qəbul etməliyik ki, futbolumuz Avropadan qat-qat geri qalır”

Azərbaycan yığmasının və “Neftçi”nin müdafiəçisi Ruslan Abışov azerisport.az saytına müsahibəsində AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində dünənki Belçika məğlubiyyəti (1:4) haqda danışıb.
 
- Belçikaya böyükhesablı məğlubiyyətin əsas səbəbi nə oldu?
- Əlbəttə, biz bura uduzmağa gəlməmişdik. Heç bunu istəmirdik də. Bizim hamımız ən azı heç-heçəyə köklənmişdik. Ancaq gördüyünüz kimi, uduzduq. Sərgilədiyimiz oyun təəssüf ki, nəticə qazanmağımıza yetmədi. Amma komandamız heç də böyükhesabla uduzmağa layiq deyildi.
 
- Əgər hesab 1:2olsaydı, yenə normal qəbul olunardı. Amma 1:4 özü hər şeyi deyir...
- Rəqib bizdən güclü idi və bəzi komponentlərdə bizi aşkar üstələyirdi. Onlar daha çox qol vəziyyəti yarada və bunu reallaşdıra bilirdi. Hakimin da meydan sahiblərinə simpatiya bəslədiyi aşkar görünürdü. Məsələn, qayda pozuntusu olmadığı halda cərimə meydançası yaxınlığında qayda pozuntusu qeydə alırdı. Erkən qol bizim üçün çoxlu psixoloji problemlər yaratdı. Baxmayaraq ki, biz də erkən qola tez cavab vermişdik. Əgər Bakıda da belə köklənmə ilə oynaya bilsək, revanşımızı alarıq.

- Hakim başqası olsaydı, nəticə də fərqli ola bilərdi?
- Mən hər şeyi hakimlərin üzərinə atmaq istəməzdim. Həm də gəlin özümüzü aldatmayaq. Qəbul etməliyik ki, Azərbaycan futbolu  Avropadan qat-qat geri qalır. Belə oyunlarda futbolçular bunu daha yaxşı anlayır.
 
- Bu, sizin millidə rəsmi oyunlardakı ilk qolunuz idi...
- Millidə qol vurmaq həmişə xoşdu. Ancaq istərdim ki, bu qol daha yaxşı nəticəyə səbəb olsun. Düzdü, bu qol komandamızı ayıltsa da, penalti bizi sındırdı.
 
- Bəzi futbolçular heç də öz mövqelərində oynamırdı. Bu, məğlubiyyətdə əsas səbəb ola bilər?
- Bu, baş məşqçinin qərarıdı. Hər bir futbolçu öz mövqeyindən asılı olmayaraq, komandaya maksimum fayda verməyə çalışır. Universal olmaq lazımdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.