30 mart 2011 16:08
Türkiyə-Azərbaycan: vaxt məlumdu, yer yox
AÇ-2012-nin seçmə mərhələsinin A qrupunda yer alan yığmamızın Türkiyə ilə oyununun başlama vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, komandamızın qardaş ölkə təmsilçisi ilə səfər matçı oktyabrın 12-də baş tutacaq və yerli vaxtla 20:00-da (Bakı vaxtı ilə 22:00) start götürəcək.
Lakin qarşılaşmanın harada keçiriləcəyi hələ də dəqiqləşməyib. “Ay-ulduzlular”ın millimizlə görüşü üçün mümkün arenalar arasında isə İstanbuldakı “Atatürk” və “Türk Telekom Arena”, həmçinin Kayseridəki “Kadır Has” stadionu namizəd göstərilir.
