30 mart 2011 16:26
Arif Əsədov: Ruslan Abışov millinin ən yaxşısı idi
“Neftçi”nin baş məşqçisi Arif Əsədov yığmamızın AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində dünən Belçikaya 1:4 hesablı məğlubiyyətini şərh edib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Hesab edirəm ki, mənim oyunçularımdan Ruslan Abışov ən yaxşı idi. Mümkündü ki, hətta meydandakı ən yaxşı futbolçumuz idi. Məlikov nəsə etməyə çalışdı. Ancaq o, heç də öz mövqeyində oynamırdı. Əgər penaltini nəzərə almasaq, Rail də normal görünürdü”.
