30 mart 2011 11:56

Rəşad Sadıqov: Hakim də belçikalılardan xeyirxahlığını əsirgəmədi

Millimizin kapitanı Rəşad Sadıqov azerisport.az saytına müsahibəsində AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Belçikaya böyükhesablı yenilgidən (1:4) danışıb.
 
- Belə oyunlardan sonra danışmaq çox çətindi. Komandada böyük inam var idi ki, burda yaxşı futbol sərgiləyə və vətənə müsbət nəticə ilə dönə biləcəyik. Ancaq meydandakı real güclər göstərdi ki, biz hələ onlarla bərabər səviyyədə çıxış edə bilmirik. Onlar ikiqat bizi üstələyirdilər və layiqli qələbə qazandılar.
 
- Azərbaycan heç-heçəyə də layiq deyildi?
- İlk 20-25 dəqiqədə göstərdik ki, oynaya bilirik. Fasiləyə də 1:2 hesabı ilə yollanmalı idik. Lakin hər şey tərsinə alındı.
 
-  Brüsseldə belə aqibətlə üzləşəcəyinizi gözləyirdiz?
- Komanda yaxşı nəticəyə inanırdı. Heç mən də karyeramda belə ambisiyalı danışmamışam. Sadəcə penalti və əlavə vaxtda buraxılan qol bizi sındırdı. Heç də yerində olmayan bir qol buraxdıq ki, bu da təsirsiz ötüşmədi. Əgər biz belə rəqiblərlə oyunlarda nəsə etmək istəyiriksə, bu qədər səhvə yol verməməliyik. Belçikanın qələbəsinə kölgə salmaq istəməzdim, amma hakim bəzi epizodlarda onlardan xeyirxahlığını əsirgəmirdi.
 
- Məgər siz hələ buna öyrəşməmisiz ki, hakim həmişə güclünün xeyrinə qərarlar qəbul edir?
- Belə səviyyəli qarşılaşmalarda adətən obyektiv hakimliklə rastlaşmışam. Finlandiya ilə oyunu yada sala bilərsiz (1:2). Bu oyunda isə hakim elə ilk qayda pozuntusunu bizim əleyhimizə təyin etdi. Onun tez-tez verdiyi belə qərarlar da təsirsiz ötüşmürdü.
 
- Deməli, bu tsikldə də komandadan heç nə gözləməyə dəyməz?
- Qalan 6 oyundan dördünü biz öz meydanımızda keçirəcəyik. Bu, bizim üstünlüyümüzdü və bir şansdı. Bu tisklin ən vacib matçları da Qazaxıstan yığması ilə oyunlardı. Xüsusilə də səfər oyunu. Orda işimiz heç də asan olmayacaq. Rəqib bizimlə eyni gücdədi. Əgər Avstriya və Belçikaya görə bizi bağışlamaq olarsa, Qazaxıstana yenilsək, bağışlamazlar. Ona görə də, bu məğlubiyyəti unudub artıq almanlarla və qazaxlarla oyunlara hazırlaşmalıyıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.