30 mart 2011 12:20
Lomberts: Azərbaycana daha çox qol vura bilərdik
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində dünən doğma divarlar arasında yığmamıza 4:1 hesabıyla qalib gələn Belçika yığmasının müdafiəçisi Nikolas Lomberts oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında daha fərqli hesabla qalib gəlmək şanslarının olduğunu vurğulayıb:
“Biz daha fərqli hesabla da qalib gələ bilərdik. Çünki 4 qoldan artığını vurmaq üçün də şanslarımız oldu. Ancaq bunsuz da qazandığımız nəticə möhtəşəmdi”.
