30 mart 2011 12:32
Rauf Əliyev: Hakim penalti verməsəydi, hər şey fərqli olacaqdı
Milli komandamızın və “Qarabağ”ın hücumçusu Rauf Əliyev AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində dünən keçirilən Belçika – Azərbaycan matçı ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, 1:4 hesablı yenilgini belə şərh edib:
“Deyiləsi heç nə yoxdu. Rəqib bizdən güclü idi və biz hələ bunu oyundan öncə bilirdik. Ancaq düşünürəm ki, hakim qapımıza penalti təyin etməsəydi, hər şey fərqli ola bilərdi”.
