30 mart 2011 12:52
Vertongen: Azərbaycan üzərində qələbə asan olmadı
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində dünən doğma divarlar arasında yığmamıza 4:1 hesabıyla qalib gələn Belçika yığmasının müdafiəçisi Yan Vertongen oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında bunları vurğulayıb:
“Biz bu qarşılaşmada yaxşı oyun sərgilədik. Matça tam nəzarət edirdik. Ancaq digər tərəfdən onu da vurğulamaq lazımdı ki, qələbə heç də asan başa gəlmədi. Xüsusulə ikinci hissədə oyunumuzda bir dağınıqlıq var idi. Bunu da başa düşmək olar. Çünki heyətimizdə çoxsaylı dəyişikliklər var”.
