31 mart 2011 18:56
Ramiz Məmmədovun komandası evdə xal itirdi (YENİLƏNİB)
Bu gün Qazaxıstan Superliqasında 4-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, həmyerlimiz Ramiz Məmmədovun çalışdırdığı “Atırau” klubu doğma meydanda “Kayrat”la qarşılaşıb.
Maraq üçün qeyd edək ki, bu komandaların hər ikisi ilk üç turda 3 müxtəlif nəticəyə imza atmışdı. Belə ki, 1 qələbə qazanan, 1 heç-heçə edən tərəflər, eyni sayda da məğlubiyyətlə üzləşmişdi. Bu dəfə isə onların bu balansı müxtəlif formalarda dəyişmək şansı da vardı, heç-heçə sayəsində saxlamaq da. 4 xala malik komandalar turnir cədvəlində 6-7-ci yerləri bölüşürdülər.
Elə komandaların eyni gücə malik olduğu bu qarşılaşmada da sübut olunub. Hesabı qonaqlar açsa da, həmyerlilərimizi komandası tezliklə hesabı bərabərləşdirib. Fasilədən sonra hesabda önə də keçən Məmmədovun yetirmələri bu üstünlüyünü qoruya bilməyib. Nəticədə qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Qazaxıstan Superliqası
4-cü tur
ATIRAU - KAYRAT - 2:2 (1:1)
Qollar: Şaaf, 34-pen, Çureyev, 53 - Strikov, 30, Qolovskoy, 68.
