31 mart 2011 13:42

Emeka Opara: XL-ın potensialı qızıl dubl etməyə imkan verir

“Xəzər Lənkəran”ın hücumçusu Emeka Opara azerisprot.az saytına müsahibəsində ölkə çempionatından, liderlik mübarizəsindən və qarşıdakı “Bakı” ilə oyunlarından danışıb.
 
- “Bakı” ilə oyunun hazırlıqları necə gedir?
- Biz çox güclü hazırlıq keçirik. “Xəzər Lənkəran”ın öz əvəzediciləri ilə yoldaşlıq matçı keçirdik. Bilirik ki, “Bakı” güclü komandadı. Fikrimcə bizi çox maraqlı və çətin oyun gözləyir. Bizim üçün bu qarşılaşma ikiqat vacibdi. Biz bu oyunda xal itirə bilmərik. Yeganə məqsədimiz qələbə qazanmaqdı. İnanıram ki, layiqli oyun sərgiləməklə azarkeşlərimizi sevindirə biləcəyik.
 
- Çoxları XL-ı bu görüşün favoriti hesab edir. Çünki “Bakı” bu mövsüm heç də yaxşı çıxış etmir...
- Razı deyiləm. İsətnilən komanda bizimlə oyuna xüsusi köklənə bilir. Görəcəksiz, “Bakı” digərlərindən daha yaxşı oynayacaq. Ümumiyyətlə, bütün komandalar bizə qarşı xüsusi motivasiya ilə oynayırlar. Odu ki, hansısa favoritlikdən danışmağa dəyməz. Kimin güclü olduğunu qarşıdakı oyun göstərəcək.
 
- Ötən mövsümün sonunda “Bakı” “Xəzər Lənkəran”ı həm kubokdan, həm də çempionluqdan etmişdi...
- Ötən mövsüm nə baş vermişdisə, o mövsümdə qalıb. Əlbəttə, biz də bunu unutmuruq. İndi isə sadəcə öz oyunumuzu oynamaq və bacarığımızı ortaya qoymaq lazımdı. Kubokda da “Bakı” ilə qarşılaşacağıq. Odu ki, ötən mövsümküləri unutdurmağa şansımız var. Bütün komanda qələbə qazanmağımızı və turnir cədvəlindəki vəziyyətimizi yaxşılaşdırmağı istəyir.
 
- Bu tur lider “Neftçi” də “Qarabağ”la qarşılaşacaq. Hansına azarkeşlik edəcəksiz?
- Hər iki komandaya hörmətlə yanaşıram. Onlar bizim əsas rəqiblərimizdi. Amma məni başqa oyunlar maraqlandırmır. Mənim üçün başlıcası öz komandamın oyunudu.
 
- Sizin üçün bu komandalardan hansına qarşı oynamaq daha çətindi?
- Bizim üçün böyük fərqi yoxdu. Başlıcası qələbə qazanmaqdı. Mənim fikrimcə, XL hamısından güclüdü. Görəcəksiz, biz bunu göstərəcəyik.
 
- Qayıdaq “Bakı” ilə oyuna. Mümkündü ki, siz bu komandayla oyunlarda titulları bölüşəsiz: biriniz çempionatı, digəriniz kuboku seçəsiz?
- XL ilə “Bakı” arasında heç vaxt “danışıq” ola bilməz. Bizə bütün Lənkəran, prezident azarkeşlik edir. Biz bunu necə edə bilərik? Belə şey olsa, onların gözünə baxa bilmərik. Buna görə də heç bi danışıq gözləməyin. “Bakı”ya heç bir turnirdə güzəştə getməyəcəyik. “Zolaqlılar”la oyunların hər birində maksimum nəticə qazanmağa çalışacağıq. Biz həm çempionatda, həm də kubokda qələbə qazanmaq istəyirik. Klubun potensialı qızıl dubl etməyə imkan verir.
 
- “Bakı”nın heyətində kimi xüsusi qeyd edərdiz?
- Bu komandada yaxşı futbolçular çoxdu. Hamıdan çox mənim yadımda 9 nömrə (Vaqif Cavadovu nəzərdə tutur – red.) qalıb. O, topla əla oynayır, sona kimi mübarizə aparır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.