31 mart 2011 14:11
Daniel van Buyten: Azərbaycana qarşı əla oyun keçirdik
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində martın 29-da doğma divarlar arasında yığmamıza 4:1 hesabıyla qalib gələn Belçika yığmasının müdafiəçisi və kapitanı Daniel van Buyten oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, federasiyanın rəsmi saytınaaçıqlamasında bunları vurğulayıb:
“Biz bu oyunu səbrsizliklə gözləyirdik. Azərbaycana qarşı əla oyun keçirdik. Azarkeşlərimizə çox sağ ol demək istərdim. Çünki onlar bizim üçün əsl 12-ci oyunçu rolunu oynadılar”.
