31 mart 2011 14:34
Vossen: “Azərbaycana qalib gəlməklə sübut etdik ki...”
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində martın 29-da doğma divarlar arasında yığmamıza 4:1 hesabıyla qalib gələn Belçika yığmasının hücumçusu Yelle Vossen oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, federasiyanın rəsmi saytınaaçıqlamasında bunları vurğulayıb:
“Biz topa daha çox nəzarət edirdik. Komanda oyunu bizdə yaxşı alındı. Azərbaycana qalib gəlməklə sübut etdik ki, növbəti rəqibimizdən – Türkiyədən qorxmaq lazım deyil”.
