31 mart 2011 16:07
Mpenza: Abışov Anderlecht və Brugge`də rahat çıxış edə bilər
"Neftçi"nin belçikalı hücumçusu Emil Mpenza AÇ-2012-nin seçmə mərhələsinin Belçika - Azərbaycan oyununu (4:1) dəyərləndirib. Azerisport.az xəbər verir ki, o, çıxışı zamanı bunları vurğulayıb:
"Təbii ki, oyunu çox diqqətlə izlədim. Azərbaycan yığması hücum qurmaqda çətinlik çəkirdi. Düzdü, görüşdə yığma komandanız hesabı bərabərləşdirə bildi. Bu matçda Belçikanın qalib gəlmək ehtimalı daha yüksək idi. Ancaq, etiraf edim ki, yığmanızın belə hesabla məğlub olacağını gözləmirdim. "Neftçi"də çiyin-çiyinə oynadığım Ruslan Abışov hesabı bərabərləşdirdikdən sonra Belçika yığması oyunda sürəti artırdı. Abışovdan söz düşmüşkən - həmin oyunda Azərbaycan millisinin heyətində ən yaxşılardan biri Ruslan idi . Düşünürəm ki, Ruslan Abışov Belçikanın aparıcı klublarında - "Anderlecht"də, "Brugge"də və digər klublarda rahat çıxış edə bilər" – deyə Mpenza klubun rəsmi saytına açıqlamasında bildirib.
