31 mart 2011 16:48
Bahodir Nasimov avrokuboklarda Neftçi`yə kömək etməyə bilər
“Neftçi”nin özbəkistanlı hücumçusu Bahodir Nasimov komandasına avrokuboklarda kömək etməyə bilər. Azerisport.az xəbər verir ki, buna onun həmin vaxt ölkəsinin millisinin heyətində olması şərait yarada bilər.
Məsələ burasındadı ki, onun şərəfini qoruduğu Özbəkistan millisi iyulun 23-dən 28-nə kimi DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Qırğızıstanla qarşılaşacaq. Həmin müddət ərzində Bahodir də millinin heyətində olacaq ki, bu da “Neftçi”nin iştirakı gözlənilən Çempionar Liqasında və ya Avsropa Liqasında oyunu ilə üst-üstə düşə bilər.
