31 mart 2011 17:15

Ansi Aqolli: Neftçi ilə oyun bol qollu olacaq

“Qarabağ” “Neftçi” ilə oyunun hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, artıq bu gündən etibarən komanda “ağ-qaralar”la oyuna tam heyətlə hazırlaşmağa başlayıb.
 
Bu arada Albaniya millisinin heyətindən qələbə ilə dönən Ansi Aqolli klubun rəsmi saytına açıqlamasında “Neftçi”ylə oyunöncəsi fikirlərini bildirib: “Milli oyunlar səbəbindən komandamızdan ayrı düşmüşdük.  Ona görə də “Neftçi”ylə oyuna istədiyimiz kimi hazırlaşa bilməmişik. Amma inanıram ki, bu amil bakılılarla oyunda özünü göstərməyəcək. Liderə qarşı oynayacağıq. Bu amilin özü elə motivasiya deməkdi”.
 
Millisinin düşərgəsindən yüksək əhval-ruhiyyədə dönən 28 yaşlı müdafiəçi emosiyalarını bazar gününə saxlayacaq: “Qələbə qazanmaq hər zaman xoş duyğudu. Belaruslarla oyun ölkəmiz üçün çox vacib idi. Təbii ki, vacib qələbəmiz Admirlə mənə əlavə güc verəcək. Həm də axı “Neftçi” üzərində qələbə bizə çempionluq üçün şans yaradacaq. Təbii ki, çempion olmaq istəyirik. Çünki, “Qarabağ”ın buna layiq olduğunu düşünürəm”.
 
Ansi “Neftçi”də ən təhlükəli oyunçunun Nasimov olduğunu fikirləşir: “Neftçi”nin bu gün lider olmasında Bahodir Nasimovun rolu böyükdü. Özbək forvardı bakılıların ən təhlükəli oyunçusu sayıram. Azərbaycan çempionatında 15 qol vurmaq asan deyil. Düzdü, Nasimov uzun müddətdi qol vura bilmir. Amma o, hərəkətliliyi ilə daim müdafiəçilərə baş ağrısı yaradır. O, işini artıqlamasıyla görür”.
 
Sol cinah müdafəçisi ancaq qələbə haqqında düşünür: “Oyuna 3 xal üçün çıxacağıq. İnanıram ki, yüksək templi, bol qollu oyun olacaq. Hər halda çempionatın 2 lider komandası oynayacaq. Bu oyunda qələbə bizim üçün çox vacibdi. Hələlik, “Neftçi” bizdən bir addım öndə görsənir. Amma bazar günü qələbə qazansaq, zənnimcə, çempionatın bir nömrəli favoriti olacağıq. Düzdü, həm “Neftçi”, həm də “Xəzər Lənkəran” yetərincə güclüdü, amma “Qarabağ” öz oyununu göstərəciyi təqdirdə rəqibimiz ancaq özümüz olacağıq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.