31 mart 2011 17:21
Hazard: Azərbaycanı Bakıda da yenəcəyik
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində martın 29-da doğma divarlar arasında yığmamıza 4:1 hesabıyla qalib gələn Belçika yığmasının yarımmüdafiəçisi Eden Hazard oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, açıqlamasında bunları vurğulayıb:
“Azərbaycan üzərində qələbə bizə AÇ-2012-nin seçmə mərhələsinə vəsiqə qazanmaq üçün daha bir şans verdi. Rəqib necə oynadı? Bu heç də çətin rəqib deyildi. Mənə elə gəlir ki, onları Bаkıda da məğlub edə biləcəyik”.
