31 mart 2011 17:30
Neftçi`də Rail Məlikov şoku və 1 dəqiqəlik sükut
"Neftçi" klubun bazasında "Qarabağ"la oynanacaq matçın hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, 25-ci turun görüşünə hazırlaşan flaqmanın, yığma komandaların heyətində yer alan oyunçuları düşərgəyə qayıdıblar.
Komandanın kapitanı Rail Məlikov isə yığmanın Belçika ilə son oyununda zədə aldığı üçün məşqdə iştirak edə bilməyəcək. Hazırda klubun həkimlərinin nəzarəti altında Məlikovun müalicəsi davam etdirilir.
Yeri gəlmişkən, “Neftçi”nin bu günkü məşqi 1 dəqiqəlik sükutla başlayıb. Məlum olduğu kimi, ermənilərin XX əsrdə həyata keçirdikləri soyqırımı nəticəsində 1918-1929-cu illərdə millətimiz soyqırım və deportasiya qurbanı olub. Komandanın bu günkü məşqindən öncə, 31 mart Dünya azərbaycanlılarının soyqırımı günü 1 dəqiqəlik sükutla yad edilib. Klub rəhbərliyi komandanın üzvlərinə Azərbaycan xalqının üzləşdiyi dəhşətli qətliamlarla bağlı geniş məlumat verib.
Qeyd edək ki, "Neftçi" - "Qarabağ" görüşü aprelin 3-də saat 16:00-da start götürəcək.
