31 mart 2011 19:24
Foqts günahkarların adlarını açıqladı
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Belçikaya məğlubiyyətdən sonra yeni müsahibə verib. Azerisport.az həmin müsahibə ilə size də tanış edir.
- Belçika yığması ilə qarşılaşmanı bir daha təhlil etdikdən sonra oyun barədə fikirlərinizi bilmək istərdik…
- Müdafiədə səhvlərin təkrarlanmasını görmək məni təəssüfləndirir. Almaniya və Avtriya yığmaları ilə oyunda olduğu kimi səhvlər ardıcıl təkrarlanır və əlavə vaxtda qol buraxırıq. Belə səhvlərə yol verməməliyik. Ölkənin millisi üçün oynamaq və məşqlərdə öyrənmək istəyi şərəfdi. Mahir və Railin səhvlərini görəndə düşünürəm ki, bu oyunçular öz səhvləri üzərində öyrənmək istəmirlərmi? Mən müdafiəyəmeyilli futbol oynatmıram, bu mənim üslubum deyil. Bu, fiziki hazırlıq və konsentrasiya məsələsidi. Tibbi müayinələri niyə keçiririk? Futbolçulara özlərinin nə üzərində işləməli olduqlarını demək üçün. Amma onların bəzisi bunu etmir. Buna görə də 8-10 günlük təlim-məşq toplanışları futbolçuları lazımı fiziki formaya çatdırmağa kifayət etmir. Bu, uzunmüddətli təlim prosesidi. Bizim prioritetimiz bütün mövqelərdə hücumameyilli futbol oynamaqdı.
Beynəlxalq oyunlarda rəqib səhvləri bağışlamır. Biz çox səhv buraxırıq. Futbolçular hələ də Türkiyə yığması üzərində qələbə barədə düşünürlər. Təəssüf ki, Türkiyə millisi üzərində qələbə xeyirdən çox zərər gətirdi. Bu qələbədən sonra futbolçular həmin oyundakı kimi mübarizə aparmırlar. Məni təəssüfləndirən odu ki, Vaqif Cavadov zəif oyunundan nəticə çıxarmır və qarşılaşma başa çatandan sonra gülür. Onun bu hərəkətini izah etmək üçün söz tapa bilmirəm.
Hələ iki səfər, dörd ev oyunmuz qalır. Bu oyunlarda komandanın başqa simasını görmək istəyirəm. Buna görə də oyunçulara fərqli münasibət olacaq. Məsələn, taktiki tapşırıqları yerinə yetirməyən futbolçular cəzalandırılacaq. Onlar öz ölkələrinin millisində çıxış etdikləri üçün minnətdar olmalıdılar. Mən futbolçulardan Azərbaycan üçün medyanda əzmkar mübarizə aparmağı tələb edirəm.
- Konkret olaraq hansı futbolçular ümidlərinizi doğrultmadı?
- Vafiq Cavadov və Mahir Şükürovun oyunu məni çox təəssüfləndirdi. Rail Məlikov kimi peşəkar bir futbolçunun isə belə səhvlərə yol verməsini gözləmirdim.
- Qarşıdakı oyunlarda hansı mövqelərdə dəyişiklik etməyi düşünürsünüz?
- Klubların oyunlarını izləyəcəm. Tibbi müayinə və təlim-məşq toplanışından sonra heyətdə hər hansı dəyişikliklə bağlı qərar qəbul edəcəm.
- Apreldə Premyer Liqanın hansı oyunlarını izləyəcəksiniz?
- “İnter” – “Neftçi”, “Qarabağ” – “Xəzər Lənkəran” və başqa oyunları izləyəcəm. Problem çempionat oyunlarında deyil, oyunların sürətindədi. Çempionat oyunlarındakı sürətlə bizim keçirdiyimiz beynəlxalq matçların sürəti arasında kəskin fərq var və tənqidçilər bunu tədricən görməlidilər. Bütün bunlarla yanaşı, müsbət məqamları da görmək lazımdı. Seçmə mərhələdə artıq 3 qol vurmuşuq. Rusiya və Türkiyə milliləri ilə oyunlarda əldə olunmuş müsbət nəticələrə sevinmişik. İndi isə tənqidi yanaşmanı qəbul etməliyik. Futbolçular öyrənməlidilər.
