31 mart 2011 22:26
Fabio Luis XL-la oyun ərəfəsində sıradan çıxdı
“Bakı” Premyer Liqanın qarşıdakı turunun “Xəzər Lənkəran”la oyununa hazırlıq çərçivəsində bu gün növbəti məşqə çıxıb. Azerisport.az xəbər verir ki, “zolaqlılar” saat 12:00-da klubun təlim-məşq bazasında baş tutan məşqə itkisiz çıxıb.
Məşq topla hərəkətlər, qapıya zərbələr üzərində qurulun. Milli komandalarda olan futbolçular məşqi erkən bitirərkən, Fabio Luis Ramim də məşqi tamamlaya bilməyib. Vyaçeslav Safroni ilə mübarizədə zədələnən Fabio məşqi yarımçıq dayandırmağa məcbur olub. Zədənin nə dərəcədə ciddi olması tibbi müayinədən sonra bilinəcək.
Premyer Liqa oyunlarına hazırlıq plana uyğun şəkildə davam edir.
