31 mart 2011 22:37

Aleksandr Starkov: Bizə problem yaradacaq bir amil var

“Bakı”nın baş məşqçisi Aleksandar Starkov Premyer Liqanın 25-ci turunun “Xəzər Lənkəran”la oyunu öncəsi derbi anlamına gələn qarşılaşma və Antalyadakı təlim-məşq toplanışı haqqında fikirlərini söyləyib. Azerisport.az xəbər verir ki, latviyalı mütəxəssis açıqlamasında bunları bildirib:
 
“Antalyada təlim-məşq toplanışı təşkil etmək yaxşı təklif  idi. Çünki çempionatda 2 həftəyə yaxın fasilə yaranırdı. Bu boşluqdan maksimum səmərəli istifadə etmək qərarına gəldik. Bildiyiniz kimi, Antalyada Türkiyə Superliqasının iki komandası ilə yoldaşlıq oyunu keçirdik. Bu oyunlarda çempionatda az oyun keçirən və eləcə də gənc futbolçular Nurlan Novruzov, Nicat Abdullayev, Rəhman Hacıyev, Aqil Məmmədova oynamaq imkanı verdik. Onlar səviyyəli komandalara qarşı keçirilən oyunlarda təcrübə qazandılar. Güclü rəqiblərlə oynamaq komandamızın oyununa müsbət təsir göstərir. Zənnimcə, təlim-məşq toplantımız faydalı oldu”.
 
Starkov “Xəzər Lənkəran”la oyun haqda isə bunları dilə gətirib: “Premyer Liqa oyununa gəldikdə isə “Xəzər Lənkəran” çempionatın liderlərindəndi və bizə qarşı oyuna yüksək motivasiya ilə çıxacaq. Çətin oyun olacaq. Biz öz tərəfimizdən ciddi hazırlaşırıq. Bizə problem yaradacaq bir amil var ki, 4 futbolçumuz milli komandalarının düşərgəsindən yenicə qayıdıb. Onların meydana çıxıb-çıxmayacaqları hazırlıq səviyyələrindən asılı olacaq. Biz hər oyuna eyni məsuliyyətlə yanaşırıq. “Xəzər Lənkəran”la qarşılaşmada da “Bakı” azarkeşləri, klub rəhbərliyini sevindirmək üçün yaxşı oyun göstərməliyik”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.