31 mart 2011 22:44
Ernad Skuliç: Qalib gələn tərəf biz olacağıq
“Bakı”nın xorvatiyalı yarımmüdafiəçisi Ernad Skuliç Premyer Liqanın 25-ci turunda keçiriləcək “Xəzər Lənkəran” oyunu barədə fikirlərini dilə gətirib. Azerisport.az xəbər verir ki, o, qarşıdakı çətin qarşılaşma öncəsi bunları bildirib:
“Xəzər Lənkəran”a qarşı oyun bizim üçün çox vacibdi. Premyer Liqada üçüncü və ya dördüncü yeri tutmaq şansımız qalır ki, bununla da avrokuboklara vəsiqə qazana bilərik. Əlimizdən gələn hər şey edəcəyik ki, bu oyunda qalib gələn tərəf biz olaq”.
