31 mart 2011 11:42

Mahmud Qurbanov: Bu bir həftə Bakı`nı çox dəyişdi

“Bakı”nın yarımmüdafiəçisi Mahmud Qurbanov azerisport.az saytına müsahibəsində yığmamızın Belçikaya məğlubiyyətindən və komandasının qarşıdakı “Xəzər Lənkəran”la oyunundan danışıb.
 
- Öncə yığmanın oyunundan başlayaq. Komandamızın Brüsseldəki oyununu necə qiymətləndirərdiz?
- Oyunumuz alınmadı. Hesab 1:1 olanda uğurlu nəticəyə ümidim artdı. Komanda da bunun üçün əlindən gələni etdi. Amma heç nə alınmadı. Xüsusilə də ilk hissənin sonunda vurulan qol hər şeyi korladı. Ondan sonra ümidlər öldu. Oyunçularımızın xidmətini qeyd etmək lazımdı. Onlar sona kimi mübarizə apardılar. Amma nə etmək olar? Biz başqa cür oynaya bilmirik. Ancaq belə oynaya bilirik.
 
- Amma komandamız bu oyun ərəfəsində 10 günlük təlim-məşq toplanışı keçirmişdi...
- Belçika Avstriyaya da səfərdə qalib gəlmişdi. Elə biz də Türkiyəyə qarşı tam fərqli oynamışdıq. Çox təəssüf ki, belə uduzduq. Səfərdə oyunumuz alınmır da.
 
- Yığmamız bundan sonra nəyə ümid etməlidi?
- Biz ancaq Qazaxıstan üzərində qələbəyə ümid edə bilərik. Onlarla səfərdə də başqa cür oynamalıyıq. Elə Avstriya və Belçikaya qarşı da doğma meydanda layiqli mübarizə aparmaq olar. Fikrimcə, komandamız toparlanacaq və xal yığa biləcək. Bizim azarkeşlər daha yaxşısına layiqdilər.

- Komandamız sanki hücum etməkdən qorxur...
- Belə oyunlarda 2-3 futbolçuyla hücum etmək çox çətindi. Əgər qol vurmaq istəyirsənsə, hamılıqla hücuma keçmək lazımdı. Ancaq bu da çətindi. Axı Belçika ilə səfərdə belə oynamaq daha baha başa gələrdi.
 
- “Bakı”dan danışaq. Türkiyədəki toplanışınız necə keçdi?
- Bir həftəlik toplanış zamanı iki yoxlama oyunu keçirdik. İlk görüşdə “İstanbul BB” ilə 1:1 oynadıq, ikinci qarşılaşmada isə “Bucaspor”a qalib gəldik - 4:1. İlk oyunda iki fərqli heyət çıxış etdi. İkinci qarşılaşmada isə bir heyətlə çıxış etdik, sadəcə 4-5 əvəzləmə oldu. Fikrimcə, bu bir həftə komandamızı çox dəyişdi. “Bakı” tam fərqli oyun sərgiləyəcək. Bu toplanış bizə çox kömək etdi.
 
- Qarşıda sizi “Xəzər Lənkəran”la oyun gözləyir...
- XL-la oyun çox çətin olacaq. Onlar qələbə üçün gələcək. Axı qızıl medallar uğrunda mübarizə aparırlar. “Bakı”nın isə çempionluq şansı yoxdu. Bizim məqsədimiz avrokuboklara düşməkdi. Bizim üçün əsas olan mümkün qədər çox xal toplamaqdı ki, turnir cədvəlində bir qədər irəliləyək. Avsropa Liqasına vəsiqə qazanmaq üçün sona kimi mübarizəmizi davam etdirəcəyik.
 
- XL haqda nə deyərdiz?
- Qış fasiləsindən sonra bu komanda çox dəyişib. Onların heyətində yaxşı futbolçular var. Ancaq “Bakı”da elələri az deyil. Rəqib üçün də çətin olacaq. Yəqin ötənilki oyunları da unutmayıblar. Bu dəfə də bizim cənubluları məyus etmək şansımız var. Əgər bu dəfə də onlara qalib gəlsək, biz tərəfdən növbəti zərbə almış olacaqlar. Axı belə olsa, onlar liderdən uzaqlaşa bilərlər.
 
- Sizi həm də kubok mübarizəsi gözləyir...
- Son hazırlıqlarımız elə kuboka da aiddi. Bizi lənkəranlılarla çətin oyunlar gözləyir. Ancaq “Bakı” rəqibindən çəkinmir. Biz onları mübarizədən kənarlaşdıra bilərik. Bizi yalnız öz oyunumuz düşündürür. İndi “Bakı”ya 3 xal lazımdı. Ümid edirəm ki, azarkeşlərimizi sevindirə biləcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.