31 mart 2011 11:58
UEFA Türkiyəni də cəzalandıra bilər
AÇ-2012-nin seçmə mərhələsində millimizlə yanaşı A qrupunda yer alan daha bir ölkə UEFA tərəfindən cəzalandırıla bilər. Azerisport.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası bu ölkənin yığmasının Avstriya ilə oyununda yaranmış qalmaqala görə cəza təhlükəsi ilə üz-üzədi.
Hadisəyə isə azarkeşlər səbəb olub. Onlar oyunun gedişində meydana yad əşyalar atırmış ki, bu zaman atılan əşyalardan biri avstriyalı qapıçı Yurgen Maçoya dəyib. Bu hadisə isə UEFA nümayəndələrinin diqqətindən yayınmayıb və onlar dərhal quruma bununla bağlı məlumat göndəriblər.
Hələlik, Türkiyəyə hansı cəzanın veriləcəyi dəqiq bilinməsə də, mümkündü ki, bir və ya bir neçə oyunda onlar azarkeşsiz qalsın.
