31 mart 2011 12:48
Xəzər Lənkəran`da hamı qayıtdı, Pitsurkadan başqa
"Xəzər Lənkəran" Bakı ilə oyunun hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, yığma komandaların oyunlarına görə çempionatda yaranan fasilədən yararlanıb, vətənlərinə dönən, həmçinin milli komandalara dəvət alan legionerlər artıq Lənkərana qayıdıb və komandanın məşqlərində iştirak edirlər.
Lakin Aleksandr Pitsurka hələ də vətənindədi. Rumın hücumçu hələ də Lənkərana qayıtmayıb. Onun geri qayıtmamasının səbəbi kimi ailə problemləri göstərilir. Guya o, klub rəhbərliyinin icazəsi ilə Rumıniyada qalıb və problemini həll edən kimi Azərbaycana dönəcək.
