1 aprel 2011 01:14
XL Bakı`nı 2 cavabsız qolla keçəcək
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Premyer Liqanın 25-ci turunun “Bakı” – “Xəzər Lənkəran” matçında hansı hesab qeydə alınacaq” sualı ilə müraciət etdiyimiz azarkeşlər qonaq komandanın 0:2 hesablı qələbəsinə daha çox inanır.
Məsələ burasındadı ki, respondentlərin məhz 22 faizi XL-ın 2 cavabsız qolla udacağını düşünür. Maraqlıdı ki, paytaxt klubunun bu qarşılaşmada qələbə qazanacağına inanan elə də çox deyil. Əvəzində daha 16 faiz oxucumuz da Mirça Rednikin komandasının 2:1 hesablı qələbəsini proqnozlaşdırıb. Respondentlərimizin 28 faizi isə “Neftçi” – “Qarabağ” matçının nəticəsini daha maraqla gözlədiyini ifadə edib.
