1 aprel 2011 13:26

Azərbaycan derbisi ən maraqlı faktları ilə

Premyer Liqa kiçik fasilədən sonra yenidən start götürür. Azerisport.az xəbər verir ki, bu həftə Azərbaycan derbisində “Qarabağ” “Neftçi”nin qonağı olacaq.
 
Şübhəsiz, bütün çempionatların iştirakçılarının dueli hər zaman maraq doğurub. 19 illik dönəmdə 54 dəfə qarşılaşan rəqiblərin görüşləri daim gəriginliyi ilə seçilib. Amma son illərdə Ağdam təmsilçisinin rəqib önündə üstünlüyü diqqət çəkir. Baxmayaraq ki, sonuncu oyunda “Neftçi”yə uduzmaqla onların 11 oyunluq məğlubiyyətsizlik seriyası qırılmış oldu.
 
Premyer Liqanın final mərhələsinin 3-cü turu bu dəfə də əsl derbiyə şahidlik edəcək. Hər halda çempionatda ilk 2 pillədə qərarlaşan komandalar qarşılaşacaq. Çempionatda hərəyə 11 qələbə qazanan tərəflərin duelində bütün maraqlı statistikaları diqqətinizə çatdırırıq.
 
* İndiyə kimi tərəflər arasında 54 oyun keçirilib
* 54 oyunun 42-si çempionatda, 12-si isə kubokda baş tutub
*  Çempionatda tərəflər hərəyə 11 qələbə qazanıb. 2000-2001 mövsümündə “Neftçi”yə 3:0-lıq texniki qələbə verilib
* “Qarabağ” kubokda 5 dəfə qələbə qazansa da, rəqib 3 dəfə eyni sevinci yaşayıb
* 54 oyunda “Neftçi” 48, “Qarabağ” 39 qol vurub
* “Qarabağ” “Neftçi”yə səfərdə 5 il, başqa sözlə 1873 gündür məğlub olmur
* Sonuncu dəfə “Qarabağ” səfərdə 2006-cı ilin fevralın 16-sında məğlub olub - 0:2
* “Qarabağ” noyabrın 28-də “Neftçi”nin ev arenası sayılan Tofiq Bəhramov adına respublika stadionunda məğlub olsa da, həmin oyunda formal ev sahibi “Qarabağ” idi
*  Həmin sonuncu oyuna qədər “Qarabağ” əzəli rəqibinə   qarşı 11 oyun idi məğlub olmurdu
*  “Qarabağ” – “Neftçi” duellərində ən çox qol vuran futbolçu Müşfiq Hüseynovdu (8)
*  “Neftçi”nin heyətində “Qarabağ”a ən çox qol vurmuş futbolçu Qurban Qurbanovdu (5)
*  Nazim Əliyev, Georgi Adamiya, Tərlan Əhmədov, Vidadi Rzayev hər 2 komandanın heyətində fərqlənən futbolçulardı
* Səttar Əliyev “Neftçi”yə qol vurmaqla yanaşı bir oyunda avtoqola imza atıb
* Duellər tarixində 2-ci avtoqola isə Elxan Müslümov imza atıb (Qarabağ)
* Duellər ərzində tərəflər hərəyə 2 dəfə (“Qarabağ” - Mehman Alışanov, Emin Salmanov. “Neftçi” -  Qurban Qurbanov, Yunis Hüseynov) penaltidən qola seviniblər
* “Neftçi”yə sonuncu məğlubiyyətə qədər “ağ-qaralar” “Qarabağ”ı yendiyi zaman (27 aprel 2007, 0:2) baş məşqçisi Qurban Qurbanov olub. Qollardan birinə isə hazırda “Qarabağ”ın şərəfini qoruyan Adamiya imza atıb
* Tərəflər arasında mücadilə ən çox 2003-04 mövsümündə azarkeş toplayıb (15500)
* “Qarabağ” – “Neftçi” arasında vərəqəsiz çempionat olmayıb
* İndiyə kimi derbidə 9 qırmızı vərəqə göstərilib
* Aslan Kərimov 2 dəfə meydanı vaxtından əvvəl tərk etməklə liderdi
* Qırmızı vərəqə alanlardan Arif Əsədov “Neftçi”nin baş məşqçisi, Elçin Rəhmanov isə “Qarabağ”ın məşqçisidi
* “Qarabağ`ın çalışdırıcısı Qurban Qurbanov “Qarabağ”a, “Neftçi”dən həmkarı Arif Əsədov isə “Qarabağ”lı ikən “Neftçi”yə qol vurub
* Hazırda 10 futbolçu hər 2 komandanın heyətində top qovub
* Tərəflər ən çox Respublika stadionunda qarşılaşıblar (26 dəfə)
* İndiyə kimi tərəflər 5 şəhər, 4 qəsəbə, 11 stadionda üz-üzə gəliblər
* Derbini ən çox Xəqani Məmmədov (11), Vüsal Əliyev və Rövşən Əhmədov idarə ediblər (7)
 
“Qarabağ”ın mətbuat xidməti

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.