1 aprel 2011 01:37

Fərhad Vəliyev: Belçikalılar bizdən iki baş üstündü

“Qarabağ”ın qapıçısı Fərhad Vəliyev azerisport.az saytına müsahibəsində AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində millimizin Belçikaya darmadağınından və Premyer Liqanın qarşıdakı turunun “Neftçi” ilə oyunundan danışıb.

- Bu gün bizim futbol Belçika ilə mübarizə aparacaq səviyyədə deyil?
- Oyun göstərdi ki, səviyyə baxımından biz belçikalı futbolçulardan çox geri qalırıq. Mən hətta deyərdim ki, onlar iki baş bizdən üstündü. Buna baxmayaraq, uşaqlar əllərindən gələn hər şeyi etdilər ki, böyükhesabla məğlub olmayaq.
 
- Demək olar ki, əksər futbolçularımız penalti ilə bağlı müxtəlif fikirlər söyləyirlər. Sizcə, o penalti olmasaydı da, komandamız darmadağın olmayacaqdımı?
- Baxmayaraq ki, Belçika bizə dörd qol vurdu, bötövlükdə onlar daha böyük hesabla da qalib gələ bilərdilər. Qapımız qarşısında kifayət qədər çox qol vəziyyəti yaranırdı. Səviyyə fərqi aşkar öz sözünü deyirdi.
 
- Deməli, biz hələ yaxşı qurtardığımıza sevinməliyik?
- Burda sevinəsi nəsə yoxdu. Məğlubiyyət onsuz da məğlubiyyətdi. Toparlanmalı və daha yaxşı oynamalıyıq, nəinki indiki kimi. İndi biz Qazaxıstanla oyunlara hazırlaşmalıyıq ki, o oyunlarda da uduzmaq olmaz.
 
- Artıq bu məğlubiyyəti unutmusuz?
- Yığmanın istənilən yenilgisi çətin unudulur. Belə ağır yenilgilərdən sonra vəziyyət lap pis olur. Ancaq qarşıya baxmaq lazımdı. Bu zərbədən mümkün qədər tez ayılmaq lazımdı. Hələlik Premyer Liqanın qarşıdakı oyunlarına köklənməliyik.
 
- Bu tur sizi “Neftçi” ilə çox çətin oyun gözləyir...
- Biz “Neftçi”dən cəmi 4 xal geri qalırıq. Əgər onlar üzərində qələbə qazansaq, xal fərqini minimuma endirə bilərik. Maraqlı oyun olacaq. Proqnoz vermək çətindi.
 
- Bu oyunla bağlı “Neftçi”nin futbolçuları ilə söhbətləşirdiz?
- Yığmanın toplanışları vaxtı əsas komandadan daha çox danışırıq. Bütövlükdə isə standart sözlər olurdu: qoy güclü qalib gəlsin.
 
- Son oyunlarda sizə əsas heyətdə az güvənməyə başlayıblar. Yəni Bojan Pavloviçlə rəqabətdə uduzursuz?
- Zədədən sonra əsas heyətdəki yerimi itirdim. Pavloviç pis oynamır. Odu ki, qayıdışım da çətin olacaq.
 
- Bəs qorxmursuz ki, yerinizi itirməyiniz həmişəlik ola bilər?
- Yox, rəqabətdən çəkinmirəm. Yaxın zamanda əsas heyətdəki yerimi qaytaracam.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.